BMT-nin Rusiyanın Zaporojye atom elektrik stansiyasına nəzarət etmək üçün gələn Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) komandasını qorumaq səylərindən məmnundur.
Bunu Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin baş sözçüsü Stephane Dujarric Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.
"BMT-nin hər hansı bir missiyası kimi, BMT personalının təhlükəsizliyini təmin etmək müəyyən əraziyə nəzarət edənlərin məsuliyyətidir. Rusiya Federasiyasının müstəntiqlərimizin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etməsindən məmnunuq" ,- deyə o, ifadə edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti Avropanın ən böyük atom elektrik stansiyası olan və keçən mart ayından Rusiyanın nəzarətində olan Zaporojya Atom Elektrik Stansiyasında ilk gün araşdırmalarını tamamlayıb.
Bildirilib ki, MAQATE nümayəndə heyətinin böyük hissəsi 3 saatlıq işdən sonra AES-i tərk edərkən, heyətdəki texniki işçilər stansiyada qalıb.
Nümayəndə heyətinin araşdırmalarını sentyabrın 3-dək davam etdirməsi planlaşdırılır, MAQATE-nin prezidenti Rafael Qrossi stansiyanın girişində jurnalistlərə bildirib ki, onlar stansiyaya çatmaq üçün çox səy göstəriblər: "Biz bunu etdik. Fədakarlıq göstərənləri görürük. Stansiyanın personalı və rəhbərliyi çətin şərtlərə baxmayaraq işlərində çox peşəkardırlar” , - deyib.
BMT Rusiyaya təşəkkür ETDİ
02
sentyabr
11:43

Qarabağ
KOMMENTLƏR
"Zaporojjya AES-ə tam nəzarəti Ukraynaya qaytarın" - ABŞ-dan Rusiyaya çağırış
Rusiya səfirinin çıxışı zamanı insanlar zalı tərk etdi - VİDEO
Ukrayna ordusu Zaporojye atom elektrik stansiyasını GERİ ALDI
Rusiya Avropanın ən böyük atom elektrik stansiyasına hücum etdi (VİDEO)
Rusiya daha bir atom elektrik stansiyasını ələ keçirdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat