Ukraynada Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Volodimir Krupçakın 1 milyard qrivnadan çox dəyərində kağız və karton istehsal edən müəssisələrin korporativ hüquqları və mülkiyyətinə həbs qoyulub.
Bu barədə Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosu (BEB) məlumat yayıb.
"Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosunun əməkdaşları Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputana məxsus Ukrayna ərazisində fəaliyyət göstərən 9 müəssisə aşkarlayıblar", - məlumatda deyilir.
Xüsusilə, nəşriyyat fəaliyyəti və kağız məmulatlarının istehsalı ilə məşğul olan bir şirkətdə xüsusilə külli miqdarda vergidən yayınma halları ifşa edilib. İstintaq müəyyən edib ki, vəzifəli şəxs gəlir vergisini və torpaq vergisini ödəməkdən yayınıblar və nəticədə faktiki olaraq büdcəyə 132 milyon qrivnadan çox vəsait ödənilməyib.
Hazırda Volodimir Krupçak barəsində cinayət işi açılıb.
Ukraynada rusiyalı deputatının əmlakına həbs qoyuldu
06
sentyabr
15:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat