Rusiyada ikinci meymunçiçəyinə yoluxma halı aşkar edilib.
Bu barədə Rospotrebnadzorun Sankt-Peterburq departamentindən bildirilib.
Məlumata görə, yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib və infeksiyanın yayılması təhlükəsinin qarşısı alınıb.
"Xəstə yoluxucu profilli tibbi müəssisəyə xarakterik əlamətlərlə yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur”, - departamentdən vurğulanıb.
Rospotrebnadzor həmçinin bildirib ki, xəstənin təmas dairəsi müəyyən edilib, onlar həkim nəzarətindədir.
Qeyd olunub ki, xəstəlik Avropa səfərindən qayıdan kişidə aşkarlanıb.
Xatırladaq ki, iyulun 12-də Rospotrebnadzor Rusiyada ilk meymçiçəyinə yoluxma halının aşkar edildiyini, xəstənin Portuqaliyadan qayıtdığını bildirib. Həmin şəxs xəstəliyi yüngül formada keçirib və artıq evə buraxılıb.
Mənbə: interfax.ru
Rusiyada meymunçiçəyinə ikinci yoluxma halı aşkarlanıb
09
sentyabr
12:39

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər