Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş məsləhətçi Filip Rikeri qəbul edib.
Erməni KİV-ləri xəbər verir ki, Paşinyan Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın mühüm rolunu vurğulayıb.
Baş nazir ATƏT-in həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpa olunmasını və Qarabağ probleminin hərtərəfli həlli kontekstində sonuncunun təcrübəsindən istifadə olunmasını vurğulayıb.
Həmsöhbətlər Qarabağ problemi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regional sabitlik və təhlükəsizliklə bağlı digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Paşinyan ATƏT-in həmsədri ilə Qarabağı müzakirə etdi
10
sentyabr
13:48

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər