Məşhur pop müğənni Buray həmkarı Ayşe Özyılmazeli ilə eşq yaşayır. Uzun müddətdir birlikdə olduqlarını şayiə adlandıran Buray sosial şəbəkə hesabından Ayşe ilə sevgili olduqlarını açıqlayıb. 38 yaşlı müğənninin özündən 4 yaş böyük həmkarı ilə eşq yaşaması şou aləmində gündəm olub.