Paşinyan Azərbaycana dəhliz vəd edib. Dəhlizin verilməsi üçün son tarix 9 noyabr 2025-ci ildir. Dəhliz məsələsi həll olunandan sonra Sünik (Zəngəzur - red.) məsələsi də həll olunacaq. Ancaq hər şey bununla bitməyəcək.
Bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
O bildirib ki, son döyüşlər dəhlizin açılacağı yerdə baş verib: "2020-ci il noyabrın 7-də Stepanakertdə (Xankəndi - red.) 150 erməni qalmışdı. Və birdən müharibə dayandırıldı. Əliyev niyə müharibəni dayandırmağa razı oldu? Ola bilsin ki, elə o vaxt dəhliz vəd edilib. Həm KTMT, həm də Aİ Paşinyanın vəd etdiyi dəhlizdən xəbərdardır, əks halda bəyanatlar daha sərt olardı".
Baqratyan onu da deyib ki, son münaqişədə "Ermənistan iki yerə bölünəcək".
O, İranın buna qarşı olduğunu da açıq şəkildə bildirib: "Çünki Zəngəzur o zaman İrana hücum platformasına çevriləcək və dəhliz İranı şimaldan kəsəcək. Bundan başqa, İran Ermənistan və Gürcüstandan keçməklə Avropaya qaz kəməri çəkmək niyyətindədir. Bu halda dəhliz ona mane olacaq".
"Paşinyan Azərbaycana dəhliz vəd edib" - Keçmiş baş nazir
20
sentyabr
10:14

Qarabağ
KOMMENTLƏR
Zəngəzur dəhlizi vasitəsilə iqtisadi və strateji üstünlük reallaşacaq - Türkiyəli ekspert
"Zəngəzur dəhlizi Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edəcək"
Azərbaycan Laçın yolu ilə bağlı TƏCİLİ ADDIM ata bilər
“Naxçıvana dəhliz açılsa, İrana və Ermənistana qarşı embarqolar qaldırılsa...”
Paşinyan “Meğri dəhlizi”ndən danışdı – “Məsələ bir qədər fərqlidir”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat