Qonşu ölkənin ən gözəl qızı Nursena Say adlı xanım seçilib. Bununla da 24 yaşlı Nursena Türkiyəni “Miss World” yarışmasında təmsil etmək hüququ qazanıb.
İkinci yerə Aleyna Şirin, üçüncü yerə isə Selin Erberk layiq görülüb.
Selin Erberk 1984-cü ildə Avropa gözəli seçilən Neşe Erberkin qızıdır.
Qeyd edək ki, Nursena Say Türkiyədəki Mimar Sinan Güzel Sanatlar Universitenin məzunudur. O, memarlıq fakültəsini bitirib və bu sahədə fəaliyyət göstərir.