Ermənistanda “Erablur” hərbi panteonundakı xatirə abidəsi önünə hökumət orqanlarının nümayəndələri tərəfindən qoyulmuş bütün əklilləri həlak olan hərbçilərin qohumları və valideynləri kənara atıblar.
Ölən hərbçilərin yaxınları polisin hərbi panteonun ərazisindən valideynləri zorla çıxarmasına qəzəbləniblər. Polislər 30 nəfəri oradan çıxarıblar.
“Əgər bu əxlaqsızlar ölənlərin anaları ilə belə rəftar etməyə icazə verirlərsə, əklilləri də burada olmalı deyil. Onlar ən xəstə qadını da vurdular”, - deyə adamlardan biri qışqırır, ikincisi isə çələnglərdən bayraqları qoparır. Daha sonra qadınlardan biri əklilləri yararsız vəziyyətə salır.
Çərşənbə axşamı ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın Müstəqillik Günündə ənənəvi səfəri ilə əlaqədar ora daxil olmasına mane olmaq üçün bütün gecəni panteonda növbə çəkmək niyyətində olduqlarını bildiriblər. Valideynlərin qəzəbinə baş nazirin ikiüzlü və yersiz hesab etdikləri bəzi açıqlamaları səbəb olub.
Mənbə: “Sputnik” Ermənistan
Ölən erməni hərbçilərin yaxınları “Erablur”da hökumətin qoyduğu əklilləri dağıtdılar - VİDEO
21
sentyabr
13:29

Qarabağ
KOMMENTLƏR
Ölən hərbçilərin valideynləri Paşinyanı qəbiristanlığa buraxmayacaq (VİDEO)
Yerevanda itkin düşmüş hərbçilərin yaxınları aksiya keçirir
Minlərlə cəsəd soyuducuda gizlədilib - Erməni hərbçilərin ailələrindən ETİRAZ
Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib
Əsgər valideynləri Ermənistanda nazirlik binasına daxil olublar
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər