Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyalarda 1026-dan çox şəxs saxlanılıb.
Bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.
21:36
Hüquq mühafizə orqanları Moskvada icazəsiz etiraz aksiyasının iştirakçılarını saxlamağa başlayıb.
Polis kütləni dağılmağa və asayişi pozmamağa çağırıb, həmçinin aksiyaya hakimiyyət tərəfindən icazə verilmədiyi üçün həbslərə başlaya biləcəkləri barədə xəbərdarlıq edib.
Xəbərdarlıqlara baxmayaraq etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə məhəl qoymayıblar və aksiyaçılardan biri plakat qaldırdıqdan sonra həbslər başlayıb.
Günün əvvəlində Moskva prokurorluğu razılaşdırılmamış kütləvi aksiyalarda iştirakın məsuliyyətlə üzləşə biləcəyini xatırladıb. Roskomnadzor isə internetdə Rusiyada səfərbərlik prosesi ilə bağlı yalan məlumatlar yayılarsa, medianı “dərhal bloklamaq” barədə xəbərdarlıq edib .
Rusiyada səfərbərliyə qarşı etiraz - Mindən çox şəxs saxlanılıb (YENİLƏNİB)
22
sentyabr
10:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat