ABŞ və Fransanın Yerevandakı səfirlikləri öz vətəndaşlarını Azərbaycanla sərhədə getməməyə çağırıblar.
Bu barədə hər iki ölkənin Ermənistandakı səfirlikləri məlumat yayıb. Onlar buna əsas olaraq son toqquşmanı əsas göstəriblər.
 “Sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində baş vermiş hərbi əməliyyatlardan sonra ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə aşağıdakı yerlərə qeyri-vacib səfərlər qadağan edilib”, – deyə açıqlamada bildirilib.
Bənzər açıqlamanı Fransa səfirliyi də yayıb.скачать dle 12.1