Belarus taxıl bitkilərinin, o cümlədən buğda, çovdar, arpa və qarabaşaq yarmasının ölkədən kənara ixracına qoyulan qadağanın müddətini uzadıb.
TASS xəbər verir ki, bu barədə ölkənin baş nazirinin imzaladığı və şənbə günü dərc olunan sərəncamda deyilir.
"Belarusdan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan dövlətlərə əlavəyə uyğun olaraq malların ixracına müvəqqəti qadağa qoyulsun”, - sənəddə deyilir.
Belarus həmçinin taxılın respublikadakı AİB gömrük ərazisindən kənara çıxarılmasını qadağan edib. Qadağa həmçinin malların ixrac, müvəqqəti ixrac, gömrük ərazisindən kənarda emal və təkrar ixrac üçün gömrük prosedurları altında yerləşdirildiyi zaman da qüvvədə olacaq.
İxracı qadağan edilənlər siyahısında sadalananlarla yanaşı, yulaf, qarğıdalı, darı, tritikale də var. Taxıl ixracına qadağa altı ay müddətində qüvvədə olacaq. Sonuncu dəfə Belarus taxıl ixracına bu ilin martında müvəqqəti qadağa tətbiq edib.
Belarus taxıl ixracına qoyulan qadağanı altı ay uzadıb
24
sentyabr
12:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat