Yaponiyanın Sakit okean sahilləri boyunca şərq istiqamətində davam etdirən "Talas” tayfunu nəticəsində ölkədə azı iki nəfər ölüb, bir nəfər isə itkin düşüb.
TASS xəbər verir ki, bu barədə şənbə günü "Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ölüm halları çay daşqınlarına və sürüşmələrə səbəb olan leysan yağışlarının yağdığı Şizuoka prefekturasında qeydə alınıb. Yerli xilasetmə xidmətlərinin məlumatına görə, azı üç nəfər də xəsarət alıb. Şizuoka prefekturasına son 12 saat ərzində 400 mm-dən çox yağış düşüb.
Yaponiyanın qərbində və mərkəzi hissəsində 2,15 milyondan çox insan təxliyə üçün göstərişlər alıb, lakin əvvəllər Hamamatsu şəhəri (Şizuoka prefekturası) üçün elan edilən maksimum - beşinci təhlükə səviyyəsi artıq yerli hakimiyyət orqanları tərəfindən aradan qaldırılıb.
"Talas” tayfunu Yaponiyanın qərb, mərkəzi və şərq hissələrində dəmir yolu əlaqəsini, o cümlədən yüksək sürətli sinkansen qatarlarının hərəkətini pozub.
Yaponiyada tayfun iki nəfərin ölümünə səbəb olub
24
sentyabr
12:47

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər