Rusiyada qismən səfərbərlik elan olunandan sonra məntəqələrdə çağırışçılarla bağlı daha bir hadisə qeydə alınıb. Belə ki, Ryazanda “Mərkəzi” avtovağzalda səfərbər olunanlardan biri özünü yandırıb.
Hadisə şahidinin sözlərinə görə, səfərbər olunan şəxs Ukraynaya döyüşməyə getmək istəmədiyi üçün belə bir addım atıb.
“O, avtobusların olduğu küçədə dayanmışdı və Ukraynada keçirilən xüsusi əməliyyatda iştirak etmək istəmədiyini qışqırırdı. Birdən yanmağa başladı. Bütün paltarı yandı... Sonra təcili yardım gəldi və onu apardı”, - deyə hadisə şahidi bildirib.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.
Qeyd edək ki, bu gün Ust-İlimskdə bir nəfər çağırış məntəqəsində hərbi komissara atəş açıb və onu ağır yaralayıb, Uryupinskdə isə 35 yaşlı şəxs hərbi komissarlığın qarşısına park etdiyi avtomobilini yandırıb.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb. Bundan başqa, Putin sentyabrın 24-də Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.(Oxu.az)
Səfərbərliyə çağırılan rusiyalı özünü yandırdı - VİDEO
26
sentyabr
16:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat