Rusiya hərbi qüvvələri Zaporojye vilayətində humanitar konvoya raket zərbələri endirib.
Ukrayna KİV xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Aleksandr Starux "Telegram" hesabında bildirib.
Onun sözlərinə görə, sentyabrın 30-da səhər saatlarında Rusiya mülki humanitar avtomobil karvanına raket zərbələri endirib.
Ukraynalı rəsmi bildirib ki, bu şəxslər Zaporojyenin Rusiyanın nəzarətində olan hissəsindəki qohumlarını götürmək və ya ərazidəki yaxınlarına yardım aparmaq üçün müvəqqəti işğal altında olan əraziyə getməyə çalışırmışlar və Rusiya qüvvələri həmin mülki avtomobillərə raket zərbələri endirib.
İlkin məlumatlara görə, humanitar karvanın atəşə tutulması nəticəsində 23 nəfər həlak olub, 28 nəfər yaralanıb. Ölənlərin və yaralananların hamısının mülki şəxslər olduğu bildirilir.
Rusiya Zaporojyeyə zərbə endirdi: 23 ÖLÜ
30
sentyabr
12:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat