İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ABŞ və Qərb ölkələrini İranda tətil edən fəhlələrin ailələrini dəstəkləmək məqsədi ilə fond yaratmağa çağırıb.
Bu barədə o, tviter səhifəsində yazıb.
Rza Pəhləvi ABŞ və digər Qərb ölkələrindən İran xalqını təkcə mənəvi cəhətdən dəstəkləməklə kifayətlənməməyi xahiş edib. Onun sözlərinə görə, Qərb İran fəhlələrinin indiki etiraz aksiyalarını nəzərə alaraq onların ailələrinə yardım üçün tətil fondu yarada bilər.
Rza Pəhləvi İran hərbi-polis qüvvələrinin Tehranda Şərif adına Texnologiya Universitetinə silahlı hücumu ilə bağlı ABŞ Prezidenti Cozef Baydenə müraciət edərək yazıb: "Cənab Bayden, Siz indiyədək bizim insanlara yardım etməmisiniz”.
O, İran hakimiyyətinə qarşı sanksiyaların sərtləşdirilməsinə çağıraraq yazıb ki, rəsmi Vaşinqton heç olmazsa insanların üzərinə atılan güllələrin alınmasının maliyyələşdirilməsinə imkan verməsin.
Rza Pəhləvi əlavə olaraq bildirib ki, İslam Respublikası Şərif Universiteti tələbələrini güllələdiyi bir vaxtda ABŞ İran hakimiyyətinə milyardlarla dollar göndərməyi planlaşdırır.
Qeyd edək ki, İranda hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğuna görə Məhsa Əmininin qətlə yetirilməsinə qarşı etiraz aksiyaları davam edir.
Xatırladaq ki, İranın "Nournews” mətbu orqanı ABŞ sanksiyalarına görə İranın dünya banklarındakı dondurulan hesablarının açılacağı barədə xəbər yayıb./report
Sonuncu İran şahının oğlu ABŞ və Qərb ölkələrinə müraciət edib
03
oktyabr
21:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat