"Telegram"ın təsisçisi Pavel Durov "WhatsApp" messencerinin istifadəçilərinə təhlükəsizlik problemləri ilə bağlı xəbərdarlıq edib.
Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
“Hakerlər WhatsApp istifadəçilərinin smartfonlarına tam giriş əldə edə bilər. Bu barədə ötən həftə messencer tərtibatçılarının özləri məlumat veriblər. Təcavüzkarların sındırması lazım olan yeganə şey sizə yoluxmuş video göndərmək və ya sizinlə video zəng etməkdir”, - Durov bildirib.
Onun sözlərinə görə, hətta ən son versiyaya yenilənmiş "WhatsApp" tətbiqi də istifadəçiləri xilas etməyəcək. O xatırladıb ki, 2017-ci ildən bəri messencerdə hər il eyni təhlükəsizlik boşluqları aşkar edilir.
"Ona görə də çoxdan whatsapp məlumatlarını sildim. Mən insanları Telegrama keçməyə təşviq etmirəm. 700 milyondan çox aktiv istifadəçisi və 2 milyon gündəlik qeydiyyatı olan "Telegram"ın əlavə təşviqata ehtiyacı yoxdur. İstənilən messencerdən istifadə edə bilərsiniz, sadəcə olaraq “WhatsApp”dan uzaq olun – o, 13 ildir ki, müşahidə vasitəsidir”, - Durov xəbərdarlıq edib.
"“WhatsApp”dan uzaq durun" - XƏBƏRDARLIQ
06
oktyabr
11:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat