Ermənistan vətəndaşları liderlərin Praqada keçirilən dördtərəfli görüşündən narazı qalıb.
Sosial şəbəkənin erməni seqmentində bəzi aktiv istifadəçilər baş nazir Nikol Paşinyanın görüşdən fotosunu paylaşaraq, onun hərb meydanında olduğu kimi, diplomatiyda da məğlub olduğunu deyiblər.
Sosial şəbəkə hesablarında yazılan əksər şərhlərdə vurğulanıb ki, yenidən Paşinyan ermənilərin qürurunu sındırıb.
"Oktyabrın 5-də Baş nazir Nikol Paşinyan Milli Assambleyada “Mülki razılaşma” fraksiyasının deputatlarının suallarını cavablandırarkən növbəti dəfə yalan danışaraq demişdi ki, heç bir razılıq olmayacaq. Amma o yenidən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Bu, sadəcə bizim üçün utancvericidir. O, hakimiyyətə gələndə bizə başqa vədlər vermişdi. Paşinyan növbəti dəfə Ermənistanın qürurlu və ləyaqətli vətəndaşlarını manipulyasiya edərək aldadıb", - deyə Ermənistan mediası narazı vətəndaşlara istinadən yazıb.
Qeyd edək ki, ötən gün Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşü olub. Görüşdən sonra qəbul edilən bəyanata əsasən, Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb./Modern.az
“Nikol xalqın qürurunu sındırdı” - Ermənilər şokdadır
07
oktyabr
12:50

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat