Ukrayna Silahlı Qüvvələrinin mövqelərindən Rusiyanın işğalı altında olan Xerson şəhərinə 30 kilometr qalıb.
UNIAN xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç danışıb.
Onun sözlərinə görə, Ukrayna Ordusunun Posad-Pokrovske kəndindəki mövqelərindən Xerson şəhərinə 30 km məsafə olsa da, Ukrayna hərbçiləri artıq həmin yaşayış məntəqəsindən də irəlidədirlər:
"Bu mövqedən Xersondakı evlər artıq görünür. Bu, çox yaxşıdır, çünki artilleriyanın bütün növləri işə başlayacaq”, - Prezident Ofisinin rəsmisi vurğulayıb.
Xatırladaq ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ordusunun oktyabrın 1-dən Xerson vilayətində 500 kvadrat km-dən çox ərazini və onlarla yaşayış məntəqəsini işğaldan azad etdiyini açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdəki uğurlarını ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu da vurğulayıb.
Arestoviç: "Ukrayna hərbçilərinin mövqelərindən Xerson şəhərinə 30 km qalıb"
08
oktyabr
11:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat