Türkiyənin "Denizlispor" futbol komandasının üzvlərini daşıyan mikroavtobus aşıb.
Ntv spor xəbər verir ki, 1-ci Liqada dünən səfərdə "Boluspor"a 3:0 hesabı ilə uduzan və 2 xalla aşağı liqa pilləsində sonuncu olan " Altaş Denizlispor"un üzvləri şəhərə qayıdarkən yol qəzası keçirib.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər təcili yardım maşınları ilə klubun sponsoru olduğu özəl xəstəxanaya aparılıb.
Məlumatda, xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilir.скачать dle 12.1