Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə səfərbərliyin başa çatması xəbərini təkzib edib.
Qazeta.ru xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, indiyədək səfərbərlik tədbirlərinin başa çatdırılması ilə bağlı heç bir qərar yoxdur.
Kreml sözçüsü izah edib ki, Müdafiə Nazirliyi hər bir region üçün səfərbər edilməli olan insanların sayı ilə bağlı göstəricilər müəyyən edib.
“Regionlar göstəricilərin yerinə yetirildiyini, tapşırığın yerinə yetirildiyi bölgələrdə səfərbərliyin dayandırıldığını bildirir”, - Peskov izah edib.
Peskov bildirib ki, səfərbərliyi qanuni olaraq yalnız prezidentin fərmanı dayandıra bilər.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin bildirib ki, şəhərdə qismən səfərbərlik başa çatıb, paytaxtda səfərbərlik məntəqələri bağlanmağa başlayıb.
Daha sonra Moskvanın hərbi komissarı, polkovnik Maksim Loktev paytaxtda səfərbərlik tədbirlərinin başa çatdığını elan edib.
Rusiyada qismən səfərbərlik başa çatıb? - Peskovdan açıqlama
18
oktyabr
13:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat