Tanınmış rusiyalı fizik, Rusiya Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun baş elmi işçisi, akademik Valeri Rubakov qəfil vəfat edib.
Məlumata görə, o, Nijni Novqorod vilayətinin Sarov şəhərində ezamiyyətdə olarkən dünyasını dəyişib.
“Sarovda idi, mühazirə oxuyurdu... Halı pisləşdi. Sadəcə sözlər kifayət etmir. Çox güclü insan, yaxşı təşkilatçı və prinsipial alim idi”, - deyə Rusiya Elmlər Akademiyasındakı mənbə məlumat verib.
Rusiya Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun aparıcı elmi işçisi, jurnalist Boris Ştern də alimin Sarovda halının pisləşdiyini təsdiqləyib.
“Nijniyə aparmaq istədik, amma çatdırmadıq”, - deyə Stern özünün sosial şəbəkə hesabından yazıb.
O da vurğulanır ki, fizik sentyabrda koronovirusdan sağalıbmış.
Qeyd edək ki, Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirən Rubakov təhsilini SSRİ Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun (NTİ) aspiranturasına daxil olmaqla davam etdirib.
O, Rusiya Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun elmi işlər üzrə direktor müavini (1987-1994), NTİ-nin Baş Tədqiqatçısı (1994), Moskva Dövlət Universitetinin Fizika fakültəsinin hissəciklər fizikası və kosmologiya kafedrasının müdiri olub. 1990-cı ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1997-ci ildə isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Rusiya Elmlər Akademiyasının Fizika Elmləri Bölməsinin akademik-katib müavini və nüvə fizikası bölməsinin müdiri olub. Həmçinin, “Uspexi fiziçeskix nauk” (“Fizika elmlərində nailiyyətlər”) jurnalının baş redaktoru , “Teoretiçeskaya i matematiçeskaya fizika” (“Nəzəri və riyazi fizika”) jurnalının redaksiya heyətinin üzvü olub.
Mənbə: RBK
Rusiyanın tanınmış nüvə alimi mühazirə zamanı vəfat edib - FOTO
19
oktyabr
16:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat