Pakistanın Ali Seçki Komissiyası keçmiş Baş nazir İmran Xana xarici liderlərin və nümayəndələrin rəsmi hədiyyələrini qanunsuz satdığına görə ona siyasi qadağa qoyub.
Seçki komissiyasının yekdilliklə qəbul etdiyi qərara əsasən, Xan korrupsiya əməllərində təqsirli bilinib. Milli Məclisdən uzaqlaşdırılan İmran Xan 5 il ərzində heç bir dövlət vəzifəsində çalışa bilməyəcək.
Ona qarşı irəli sürülən ittihamları rədd edən Xan 140 milyon Pakistan rupisi (təxminən 635 min dollar) dəyərində dövlət hədiyyələrini bəyan etmədən alqı-satqı yolu ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Xanın vəkillərindən biri olan Faysal Çaudri bildirib ki, seçki komissiyasının bu cür qərarlar qəbul etmək üçün qanuni səlahiyyəti yoxdur.
Pakistanda İmran Xanla bağlı qərar verildi
21
oktyabr
16:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat