İranda daha bir azərbaycanlı tələbə həbs edilib.

Bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Təbriz universitetinin tələbəsi Hənan Müəzzin oktyabrın 27-də etiraz aksiyaları zamanı İranın hökumət qüvvələri tərəfindən tutulub.

Hənan Müəzzinə qarşı irəli sürülən ittiham və onun harada saxlanılması barədə heç bir məlumat yoxdur.

скачать dle 12.1