Ekvadorda məhbuslar partlayıcı maddələrdən istifadə edərək hüquq-mühafizə orqanlarına qarşı hücum həyata keçiriblər. Hücum nəticəsində beş polis əməkdaşı həyatını itirib.
Qeyd olunur ki, insident həbsxanalardan birindən məhbusların köçürülməsi zamanı baş verib.
Hadisə ilə əlaqədar Ekvador prezidenti Qilermo Lasso televiziya vasitəsi ilə çıxış edib.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarına qarşı hücum noyabrın birindən etibarən başlayıb.
Təkcə iki gün ərzində polis orqanlarının əməkdaşlarına qarşı ümumilikdə 12 terror hücumu həyata keçirilib.
“Mən qanun çərçivəsində hərəkət etmək qərarına gəldim. Vətəndaşları qorumaq üçün Quayas və Esmeraldasda fövqəladə vəziyyət və komendant saatı elan edilib”, - deyə Ekvador prezidenti vurğulayıb.
Mənbə: Reuters
Ekvadorda iki gün ərzində polislərə qarşı 12 hücum: Fövqəladə vəziyyət elan edildi
02
noyabr
10:34

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi