İranda daha bir azərbaycanlı milli fəal həbs edilib.
"Mouze" teleqram kanalı xəbər verir ki, Təbrizli milli fəal Nima Radməneş noyabrın 2-i gecə saatlarında evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun həbs səbəbi və hara aparıldığı barədə heç bir məlumat verilməyib.
Noyabrın 2-də axşam saatlarında Təbrizdə bir qrup milli fəal Azərbaycan dilində milli şüarlar səsləndirərək aksiya keçirib. Nima Radməneşin həbsinin həmin aksiya ilə bağlı olduğu güman edilir.
скачать dle 12.1