İran Xarici İşlər Nazirliyi kanadalı bir qurum və bir neçə şəxsə qarşı sanksiyalar elan edib.
Nazirlik açıqlamasında bildirib ki, Mücahidin Xalq Terror Təşkilatına (MKO) dəstək verdiyi və İran xalqına qarşı terroru və zorakılığı təşviq etdiyi üçün səkkiz şəxs və bir quruma sanksiya tətbiq edilib.
Bildirilib ki, "qara siyahı"ya salınan şəxslər və qurumlar İrana qarşı yanlış məlumatlar yayıb, ölkə xalqına qarşı amansız sanksiyaların gücləndirilməsinə kömək ediblər.
Bəyanata görə, hədəfə alınanlara İrana giriş vizası verilməyəcək, onların İran ərazisindəki aktivləri dondurulacaq və bank hesabları İranın bank və maliyyə sistemində bloklanacaq.
İranın qara siyahısında olan şəxslər və qurumlara Kanadanın İctimai Təhlükəsizlik Naziri Marko Mendiçino, Milli Müdafiə Naziri Anita Anand, Müdafiə Qərargahının rəisi Ueyn Donald Eyre, eləcə də Kral Hərbi Hava Qüvvələrinin komandanı Erik Kenni və başqaları daxil edilib.
İran Kanadanın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi
03
noyabr
13:09

Qarabağ
KOMMENTLƏR
Britaniya İranın müdafiə rəsmilərinə sanksiya tətbiq etdi
İran Britaniya qurumlarına və şəxslərinə qarşı sanksiyalar tətbiq edir
ABŞ ikisi nazir olmaqla 7 İran rəsmisinə sanksiya TƏTBİQ EDİB
ABŞ-dan Rusiyaya naməlum yük daşıyan İran təyyarələrinə sanksiya
ABŞ İran şirkətlərinə sanksiyalar tətbiq edib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat