Urmuda azərbaycanlı gənc qız hökumət qüvvələri tərəfindən öldürülüb.
“Mouze“ teleqram kanalı xəbər verir ki, əslən Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərindən olan 23 yaşlı Nəsim Sidqi oktyabrın 31-də Urmu şəhərində aldığı güllə yarası nəticəsində həyatını itirib.
Yaxınları gənc qızın Urmu şəhərinə makiyaj kursunu bitirmək üçün getdiyini və şəhərdə keçirilən etiraz aksiyasında öldürüldüyünü deyirlər.
Onların sözlərinə görə, təhlükəsizlik idarəsi Nəsim Sidqinin ailəsini təhdid edərək övladlarının avtomobil qəzasında öldüyünü demələrini tələb ediblər.
Nəsim Sidqinin dəfn mərasimi hökumət qüvvələrinin basqısı və nəzarəti altında səssiz və az sayda insanın iştirakı ilə keçirilib.
İranda daha bir azərbaycanlı qız ÖLDÜRÜLDÜ
04
noyabr
11:18

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar