Andrey Şevçenko İtaliya çempionatında işə qayıtmaqdan imtina edib.
Xarici media bildirir ki, Ukrayna millisinin və İtaliyanın “Genoa” komandasının keçmiş çalışdırıcısına baş məşqçi postu B Seriyasının autsayderi – “Kozenza”dan təklif olunub.
“Telenord” xəbər verir ki, klub rəhbərliyi mütəxəssislə əlaqə saxlayıb müqavilə təklif etsə də, görünür, ukraynalı bu təklifdən razı qalmayıb və o, İtaliya ikinci divizionundan bir komandaya baş məşqçi olmaqdan imtina edib.
Nəticədə “Kosenza”ya Uilyam Vialli baş məşqçi gətirilib. Qeyd edək ki, klub hazırda 11 xal toplayaraq B Seriyasında 16-cı pillədə qərarlaşıb.
Şevçenko üçün klublar arasında yeganə iş yeri “Genoa” olub. Məşqçi keçən ilin noyabrında komandanı təhvil almışdı, lakin 2022-ci ilin yanvarında vəzifəsindən istefaya göndərilmişdi Mütəxəssislə müqaviləyə nəhayət, sentyabrda xitam verilib.
Şevçenko İtaliyaya qayıtmaqdan imtina etdi
05
noyabr
14:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat