Taksiyə mindikdən sonra sürücü tərəfindən qaçırıldığını anlayan qadın özünü avtomobildən yerə atıb.
Xarici KİV xəbər verir ki, hadisə Meksikada yaşanıb.
Belə ki, taksinin əks istiqamətə getməsindən şübhələnən 27 yaşlı qadın avtomobildən düşmək istəyən zaman sürücü qapıları kilidləyib. Bunun ardınca o, ailəsi ilə əlaqə saxlayaraq vəziyyəti izah edib. Daha sonra avtomobilin pəncərəsindən çölə uzanan qadın ətrafdakılara səslənərək kömək istəyib, hadisə şahidləri isə avtomobil sürətlə getdiyi üçün yaxınlıqdan heç kimin qadına kömək edə bilmədiyini söyləyib.
Son anda o, özünü avtomobilin pəncərəsindən yerə atıb. Səkiyə yıxılan qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Baş Prokurorluq qadının öldürülməsi ilə bağlı istintaq başladıldığını, taksi sürücüsünün tapılması üçün işlərin davam etdiyini açıqlayıb.
Mindiyi taksidə qaçırıldığını anladı - Avtomobildən atlayaraq ÖLDÜ
05
noyabr
14:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat