Leninqrad vilayətinin Krasnoborski şəhərinin rəhbəri Aleksandr Kantserev döyülüb. 
Rusiya KİV-ləri xəbər verir ki, naməlum şəxs meri metal boru ilə döyüb. Dövlət qulluqçusu xəstəxanaya yerləşdirilib. Həkimlər ona döş qəfəsinin əzilməsi və kəllə sümüklərinin sınığı diaqnozu qoyublar. Kanserev reanimasiyadadır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi axtarır.скачать dle 12.1