Bunları Fransa Prezidenti Emmanuel Makron Türkiyə xalqına dəstək məqsədilə İstanbulda törədilən terror aktı ilə əlaqədar tviter hesabında yazıb.
“Millətimiz üçün çox mənalı olan bu gündə 13 noyabr 2015-ci ildə (Fransada törədilən terror aktlarında-red) həyatını itirənləri yad edərkən, Türkiyə xalqı İstanbuldan ürəyindən hücuma məruz qaldı. Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun. Terrorla mübarizədə sizinləyik”, - Makron türk dilində etdiyi paylaşımda vurğulayıb.
Ötən gün Türkiyədə törədilən terror aktı zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.