Xarici mətbuatın məlumatına görə, çoxuşaqlı ana evli olduğu müddətdə ərinin pis vərdişləri səbəbindən kökəlib. Buna görə boşanmağı qərar verib.
Melani Sonders həyat yoldaşı ilə 21 yaşında tanış olub. Evlənməzdən əvvəl o, aktiv həyat yaşayan, düzgün qidalanan və fiziki görünüşünə fikir verən biri olub. Amma evlilik hər şeyi dəyişdirib. Sondersin keçmiş əri hazır yeməklər və “fast food” sifariş verməyi çox sevirdi. Həmçinin, çox az hərəkət edir, fiziki iş görmürdü. Melani bu vərdişlərin ona da təsir etdiyini bildirib:
“Mən də bu həyat tərzini mənimsədim və nəticədə həddindən artıq kökəlməyə başladım. Çəkimin 93 kiloqram olduğunu görəndə nə qədər bədbəxt olduğumu düşündüm”, - Sonder deyib.

Melani indi isə az karbohidratlı çörək, vetçina salatı və axşam yeməyində bol tərəzli yeməklər yeyir.
Nəticədə ingilis qadının səyləri öz nəticəsini verib və o arıqlamağa başlayıb. O, təxminən 20 kiloqram çəki atıb. Sondersin dediyinə görə, onun bu uğuru əri tərəfindən xoş qarşılanmayıb. Onun keçmiş həyat yoldaşı heç nəyi dəyişmək istəmir və Melaninin artıq ərinin vərdişləri ilə yaşamaması onu narahat edirdi. Sonda 19 illik evlilikdən sonra cütlük boşanmaq qərarına gəlib.

“Yeni sevgilimin adı Metyudur. Özümə olan inam onu tapmağıma kömək oldu. İstəklərimi azaltmağı dayandırdım və yanımda necə bir insan görmək istədiyimi özümə açıq şəkildə etiraf etdim”,- deyə Sanders qeyd edib.


