Rusiya sərhədyanı ölkələr üçün sürətlə artan risklərə görə məsuliyyət daşıyır.
Bunu Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixailo Podolyak “Twitter” səhifəsində yazıb.
"Ukraynadakı müharibəyə və kütləvi raket zərbələrinə görə yalnız Rusiya məsuliyyət daşıyır. Sərhəd ölkələri üçün sürətlə artan risklərə görə yenə də Rusiya cavabdehdir”, - yazıda deyilir.
Podolyak qeyd edib ki, müttəfiqlərə bəhanə axtarmağa və əsas qərarları təxirə salmağa ehtiyac yoxdur.
"Avropanın Ukraynanın səmasını bağlamasının vaxtı çatıb. Bu, həm də öz təhlükəsizliyi üçündür", - Podolyak əlavə edib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden G7 və NATO tərəfdaşlarına Polşadakı partlayışa Ukraynanın hava hücumundan müdafiə raketi səbəb olduğunu bildirmişdi.
Xatırladaq ki, noyabrın 15 -də Polşanın sərhəd kəndinə raket düşüb, nəticədə iki nəfər həlak olub.
Ukrayna Polşaya raket atıb? - Podolyak
16
noyabr
15:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat