Rusiyanın Ukraynanın paytaxtına ilk raket hücumundan sonra ölkə rəhbəri Volodimir Zelenski paytaxt əhalisini təxliyə etmək təklifi alıb.
Bu barədə Zelenski mətbuat konfransında danışıb.
Lakin o, bu ideyanın təşəbbüskarlarının adını çəkməyib.
"Kiyevə ilk raket hücumu olanda paytaxtın - bütün əhalinin boşaldılması, bütün infrastrukturun, mağazaların bağlanması, elektrik enerjisinin kəsilməsi təklifi var idi. Bu, raket zərbələrinin ilk günü idi. Mən sual verdim ki, ölkə boyu raket zərbələri olanda biz insanları hara evakuasiya edəcəyik? Polşaya, Rumıniyaya?", - deyə Zelenski bildirib.
Ukrayna prezidenti qeyd edib ki, rus işğalçıları və hakimiyyət orqanları Ukraynanın bütün ərazisinə raket zərbələri endirirlər. Amma bütün bunlara baxmayaraq, insanlar hələ də Kiyevdə yaşayır və işləyirlər:
"Çıxıb deyə bilərsiniz - bu gün raket atıldı, sabah da atıla bilər. Sizcə ölkəni avtomat silahlı adamlar müdafiə etməlidir? Onların arvadları, uşaqları yoxdurmu? Onlar üçün motivasiya ailələridir. Əgər ailələri gedibsə, nəyi qoruyurlar? Onlar torpaqlarını qoruyurlar. Həmin şəxslər olmasaydı, biz dövlətimizi itirərdik”, - o əlavə edib.
Zelenski Kiyevin boşaldılması təklifini ALIBMIŞ
17
noyabr
10:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat