Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Məlumata görə, 50 kvadratmetr sahədə tekstil məhsulları satılan iki ticarət pavilyonunda başlayan yanğının söndürülməsinə 28 texnika və 98-ə yaxın canlı qüvvə cəlb olunub.
Zərərçəkən yoxdur.
15:43
Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod”da yanğın başlayıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Bildirilir ki, hazırda ərazidə təxliyə işləri aparılır.
Hadisə yerində 20-dən çox yanğınsöndürmə briqadası işləyir.
Qeyd edək ki, 40 hektardan çox ərazini əhatə edən “Sadovod” bazarı Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.

