Şimali Koreya Yaponiya dənizi (Şərq) istiqamətində qitələrarası ballistik raket buraxıb.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.  
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildirib ki, buraxılış yerli vaxtla saat 10:15-də qeydə alınıb. Raket təxminən 6100 apogeya və 22 Mach maksimum sürəti ilə təxminən 1000 kilometr qət edib. 
Qeyd edilir ki, bu, noyabrın 3-də sınaqdan keçirilmiş, lakin sonradan buraxılış uğursuzluqla nəticələnən ona bənzər qitələrarası ballistik raket “Hwasong-17” ola bilər. Hesab edilir ki, bu, raketlərin ən güclüsüdür, onun mümkün uçuş məsafəsi 15 min kilometrə qədərdir.
скачать dle 12.1