2023-cü ildə Avropada səyahət etmək üçün ən ucuz ölkələrin adları açıqlanıb.
2022-ci ildə bütün Avropa ölkələrinə təsir edən inflyasiya fonunda ən ucuz səyahət ediləcək Avropa ölkələrindən Rumıniya, Portuqaliya və Sloveniya ilk yerlərdədir ki, burada turistlər az xərclə çox yerləri gəzib görə bilər.
Siyahıda həmçinin Macarıstan var ki, burada ən ucuz bir gecəlik mənzillər 16 dollardan başlayır, 3-4 ulduzlu hotellər isə 60-90 dollara başa gəlir. İctimai nəqliyyat üçün aylıq bilet 24 dollar təşkil edir, yemək xərclərini isə 5-25 dollara qarşılamaq mümkündür.
Portuqaliyada 11-51 dollara mənzil tapıla bilər, aylıq ictimai nəqliyyat xərci 41 dollar, ictimai nəqliyyat üçün bir bilet isə 1,6 dollardır.8 dollara doyumlu şəkildə yemək mümkündür.
Sloveniyada ən ucuz gecəlik mənzilin qiyməti 11-15 dollar, münasib otellər isə 38-96 dollar arasında dəyişir. Aylıq bilet 15 dollardır. 12-15 dollara doyumlu yemək mümkündür, fast food isə təxminən 6 dollardır.
Bolqarıstanda ən büdcəli yaşayış təklifləri 14 dollardan, münasib otellərdə isə 36 dollardan başlayır. Aylıq bilet 18 dollara başa gəlir. Yemək xərcləri isə 5-15 dollar təşkil edir.
Rumıniyada ən ucuz yaşayış qiyməti 10 dollardır. 20 dollara olduqca komfortlu şərait tapmaq mümkündür. Birdəfəlik avtobus bileti cəmi 30 sent, aylıq bilet isə 16 dollar təşkil edir. Restoranlarda yeməklərin qiymətləri 6-15 dollar aralığındadır, fast foodu isə 2-4 dollara tapmaq olar.
Slovakiyada 10-30 dollara mənzil tapmaq olar. Yeməyə isə 6-30 dollar sərf olunur.
Moldovada ən ucuz gecəlik yaşayış 5 dollara, münasib otel 30 dollara, beşulduzlu otel isə 150 dollara başa gələcək. İctimai nəqliyyatda tək bilet 40-50 sentdir. Yemək xərcləri isə 10-12 dollar olacaq.
Mənbə: Schengenvisainfo
2023-cü ildə Avropada səyahət etmək üçün ən ucuz ölkələrin adları açıqlanıb
19
noyabr
16:24

Qarabağ
KOMMENTLƏR
"Iphone" 13-ün təxmini qiyməti açıqlandı – 1 terabayt yaddaş 6 GB RAM
Cahangir Əsgərov Azərbaycan xalqına bir də BELƏ ZİYAN VURUR - FAKT BUDUR!
“Tbilisidən 146, Kiyevdən 193, Bakıdan isə 446 dollara...” – AZAL-a “dur” deyən olacaqmı?
"AZAL inhisarçı, özbaşına, nəzarətsiz fəaliyyət göstərir..." - İTTİHAM
Azərbaycanın ən təmiz nazirinin Nyu-Yorkdakı mənzilinə "virtual səyahət"... - FOTOLAR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat