Fransa Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.
Məlumata görə, istintaq zamanı Xaçatryanın Fransada olması məlum olub. Bunun ardınca onun ekstradisiya olunması barədə rəsmi Parisə müraciət edilib. Fransa isə Ermənistanın sözügedən tələbini rədd edib.
Qeyd edək ki, 2019-cu ildə S.Xaçatryana qarşı ittiham irəli sürülüb və o, axtarışa verilib. Keçmiş qubernator vəzifə öhdəliklərindən sui-istifadədə və vəzifəsi ilə bağlı saxtakarlıqda ittiham olunur.
Fransa Ermənistanın tələbini rədd etdi
22
noyabr
11:31

Qarabağ
KOMMENTLƏR
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü
- Zelenski yeni komandanlar təyin etdi
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı