Rusiya Qərbdən Ukraynaya verilən silahlara cavab olaraq ordakı infrastruktur obyektlərinə zərbələr endiri
"RİA Novosti" xəbər verir ki, o, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nın iclasında bildirib.
"Vurğulamaq istəyirik ki, Rusiyanın Qərb silahları ilə vurulmasına və Kiyevin Rusiya üzərində hərbi qələbəyə dair ehtiyatsız çağırışlarına cavab olaraq Ukraynadakı infrastruktur obyektlərinə zərbələr endirmişik”, - deyə Nebenzya bildirib.
Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Ukraynada keçirilən xüsusi əməliyyatın məqsədlərindən birini Ukrayna ordusunun döyüş qabiliyyətini sarsıtmaq adlandırıb, onun sözlərinə görə, bu, Rusiyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir.
O, həmçinin vurğulayıb ki, Kiyev Rusiyanın xüsusi əməliyyata başlamasının səbəblərini müzakirə etməyə və “həll etməyə” imkan verən mövqe tutmayana qədər bu məqsəd hərbi yolla həyata keçiriləcək.
Diplomat əlavə edib ki, Rusiya tərəfi hələ Ukrayna prezidenti Volodimir Zelenski və onun müttəfiqlərindən “sülhə hazır olduqlarını” eşitməyib, “yalnız ehtiyatsız ultimatumların dilini” eşitib.
Qeyd edək ki, Kiyevin tələbi ilə ölkənin infrastrukturuna hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə təcili iclası keçirilir.
Rusiya Ukraynanın infrastrukturunu buna görə VURUR
24
noyabr
10:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat