Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin enerji infrastrukturuna geniş şəkildə elektrik kəsilməsi ilə nəticələnən son hücumlardan sonra Rusiyanı bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib.
Ukraynanın tələbi ilə fövqəladə toplanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına müraciət edən Zelenski Rusiyanın mütənasib olmayan hücumlar təşkil edərək şəhərləri dağıddığını bildirib.
Rusiyanın bir gündə 70 raket hücumu həyata keçirdiyini bildirən Zelenski, "Mülki əhalinin yaşadığı binaları, məktəbləri, xəstəxanaları və nəqliyyat infrastrukturunu hədəfə alırlar. Rusiyanın son hücumlarından sonra milyonlarla insan istilik və susuz yaşayır. Bu, Rusiyanın terror düsturudur",- deyib.
Qeyd edək ki, Rusiyanın son hücumlarından sonra Ukraynanın böyük bir hissəsi elektrik enerjisi ilə təmin oluna bilmir.
Kiyev meri Vitali Kliçko bildirib ki, şəhər əhalisinin ən azı 80 faizi işıqsız və susuz yaşayır. Ukrayna hökuməti elektrik enerjisinin kəsilməsi səbəbindən 3 nüvə reaktorunu bağlayıb.
"Bəşəriyyətə qarşı cinayətlər törədilir" - Zelenski
24
noyabr
10:50

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat