Rusiya müharibənin 275-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 təyyarəsi, 177 helikopteri, 2562 PUA-sı, 390 zenit-raket kompleksi, 6813 tank və digər zirehli texnikası, 902 reaktiv yaylım atəş sistemi, 3620 artilleriya və minaatanı, 7352 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - məlumatda qeyd olunub.
скачать dle 12.1