“Mouze“ teleqram kanalının məlumatına görə, Güney Azərbaycanın Astara şəhərindən olan milli fəal Abbas Nəmin saxlanılıb.
Onu etirazların lideri kimi ittiham edirlər. Astarada son etiraz aksiyalarında həbs edilən Abbas Nəminiyə hətta vəkil tutmağa belə icazə verilmir.

Bundan başqa, "MOUZE" teleqram kanalı molla rejiminin güneyli gəncə edam cəzası verməsi ilə bağlı xəbər yayıb.
Qeyd olunur ki, 26 yaşlı Səhənd Nurməhəmmədzadə İnqilab Məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum edilib.

Yaxınları Səhənd Nurməhəmmədzadənin barəsində edam qərarının verilməsinin ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər.
Azərbaycanlı gənc ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.