Londonda daha bir azərbaycanlı multimilyoner-biznesmen çirkli pulların yuyulması ilə bağlı irimiqyaslı beynəlxalq əməliyyat çərçivəsində mühakimə olunur.
Haqqin.az xəbər verir ki, bu məhkəmə istintaqı Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin iddiası ilə başlanıb.
Oliqarx iş adamının adı hələ də gizli saxlanılır, lakin “Evening Standard” və BBC kimi KİV onun şəxsiyyətinin açıqlanması üçün fəal mübarizə aparır.
“Evening Standart” qəzeti xəbər verir ki, biznesmen kimliyini gizli saxlamağa çalışır və bunun üçün Böyük Britaniyanın üç ən məşhur hüquqşünasının xidmətlərindən yararlanır.
Azərbaycanlı milyonçu iddia edir ki, əgər şəxsiyyəti açıqlanarsa, onun imici və işgüzar nüfuzuna böyük və sarsıdıcı zərbə vurulacaq.
Məhkəmədə azərbaycanlını Lord Pannik və Böyük Britaniyanın ən bahalı iki vəkili, o cümlədən Vəkillər Kollegiyasının keçmiş sədri Desmond Braun müdafiə edirlər.
Bildirilir ki, London Ali Məhkəməsində iş adamının adının açıqlanması tələbi ilə məhkəmə iclası gələn ilin mart ayına təyin edilib. Ali Məhkəmə iddianı təmin edərsə, biznesmenin adı açıqlanacaq.
Xatırladaq ki, 2022-ci ilin yanvarında London məhkəməsi Milli Məclisin eks-deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi barədə qərar vermişdi.
Londonda azərbaycanlı oliqarxın məhkəməsi keçirilir
03
dekabr
13:59

Qarabağ
KOMMENTLƏR
III Çarlz rəsmən Böyük Britaniyanın yeni kralı elan edildi
Bu gün Böyük Britaniyanın yeni Baş nazirinin adı elan olunacaq
Britaniya müdafiə naziri Moskvaya buna görə gedir
Azərbaycandan Londona 20 milyon dollar çirkli pul aparan ər-arvada son şans verildi - ONLARIN KİM OLDUĞU NƏHAYƏT ÜZƏ ÇIXACAQ...
Zamirə Hacıyeva İngiltərə Ali Məhkəməsindəki prosesi uduzdu, əmlakı həbsdə qaldı
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər