2023-cü ildə Pentaqonun hərbi büdcəsi 858 milyard dollar təşkil edəcək - bu məbləğ ABŞ Konqresinin müvafiq komitələri tərəfindən razılaşdırılıb.
"RİA Novosti" xəbər verir ki, Pentaqonun hərbi texnikası və əmlakının istismarı və saxlanmasına 317,3 milyard dollar, hərbi personalın saxlanmasına daha 174,5 milyard dollar xərclənəcək.
2023-cü ildə Pentaqon həmçinin hərbi tədarüklərə 161,3 milyard dollar, tədqiqat və inkişafa isə 138,6 milyard dollar xərcləməyi planlaşdırır.
Hərbi büdcənin ayrı-ayrı maddələrində Ukraynaya dəstək üçün 800 milyon dollar xərclənəcək. Həmçinin büdcə layihəsinin mətnində ABŞ-ın Rusiyanın beynəlxalq təşkilatlardan, o cümlədən G20-dən kənarlaşdırılmasına çalışacağı bildirilir.
Ötən il ABŞ Konqresi Pentaqonun 778 milyard dollarlıq büdcəsini təsdiqləyib.
Pentaqonun hərbi büdcəsi 858 milyard dollar olacaq
07
dekabr
18:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat