İranda Muhsin Şikari adlı nümayişçi noyabrın 20-də Tehrandakı etirazlar zamanı ittiham edilərək İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum olunub.
O, “odlu silah gəzdirmək, yolu bağlamaq, nəqliyyat vasitələrini saxlamaq, təhlükəsizliyi pozmaq, Bəsic qüvvələri ilə döyüşmək, mühafizəçini yaralamaq, dövlətə qarşı müharibə aparmaq” ittihamı ilə bu gün edam edilib.
Muhsin Şikari İranda Mahsa Əmininin ölümündən sonra başlayan etirazlarla bağlı edam edilən ilk nümayişçidir.
İranda artıq 3 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 11 nəfər barəsində ölüm hökmü çıxarılıb. Edam cəzasına məhkum edilmiş şəxslərin bəzilərinin hökmləri təsdiqlənib və onların tezliklə icrasına başlanacağı bildirilib.
İran Cinayət Məcəlləsinə əsasən, “ictimai asayişi pozmaq, yer üzündə fitnə-fəsad törətmək və dövlətə qarşı müharibə aparmaq” kimi cinayətləri törədənlər ölüm cəzası ilə mühakimə olunur.
Mənbə: Anadolu
İranda etirazlara görə ilk ölüm hökmü icra edilib
08
dekabr
13:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat