Türkiyə İsveçin NATO-ya üzvlük müraciətinin ratifikasiyası üçün bir sıra tələblər irəli sürüb. Bunlardan biri də Ankaranın terrorda ittiham etdiyi qaçqınların şimal ölkədən ekstradisiya edilməsidir.
Oktyabrın 5-də iki ölkənin nümayəndələri ərizəni müzakirə etmək üçün görüşüblər, burada Türkiyə tərəfi Stokholmun müdafiəsini almış bir sıra konkret şəxslərin deportasiyası tələbini təkrarlayıb. Siyahıda 2016-cı ilin yayında dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən iki nəfər də olub.
İsveç Baş Prokurorluğu Ankaranın ekstradisiyasını tələb etdiyi krallıqdakı iki Türkiyə vətəndaşının ölkədən çıxarıla bilməyəcəyi ilə bağlı Ali Məhkəməyə bəyanat göndərib.
İsveç Baş Prokurorluğunun bildirdiyinə görə, onların ittiham olunduğu əməllər, krallığın qanunlarına görə, cinayət sayılmır. Üstəlik, bu şəxslər Türkiyəyə qayıtsalar, təqiblərlə üzləşə bilərlər.
Sözügedən şəxslərdən birinin İsveçdə üç illik yaşayış icazəsi və qaçqın statusu var.
Mənbə: Expressen
İsveç Türkiyənin tələbi ilə iki nəfərin ekstradisiyasını qeyri-mümkün hesab edir
08
dekabr
17:18

Qarabağ
KOMMENTLƏR
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü
- Zelenski yeni komandanlar təyin etdi
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı