Şahzadə Harri həyatında ən böyük səhv hesab etdiyi hərəkəti açıqlayıb.
III Çarlz və şahzadə Diananın oğlu “Netflix” videoservisində yayımlanan “Harri və Meqan” sənədli serialının üçüncü seriyasında onun haqqında danışıb.
Harri hesab edir ki, həyatındakı ən dəhşətli hadisələrdən biri 2005-ci ilin yanvarında ziyafətə Vermaxtın Afrika Korpusuunn geyimini xatırladan kostyumda çıxması olub. 20 yaşlı şahzadənin qolunda olan svastika o zamanlar xüsusilə ictimaiyyətin qəzəbinə səbəb olub.
“Bu, yəqin ki, həyatımın ən böyük səhvlərindən biri idi. Bundan sonra inanılmaz dərəcədə utandım. O zaman yeganə istəyim bu səhvi birtəhər düzəltmək idi”, - deyə Sasseks hersoqu bildirib.
İkinci Dünya Müharibəsi veteranlarına və faşist Almaniyasının qurbanlarına qarşı etdiyi təhqirin miqyasını anlayan şahzadə Harri Londonun baş ravvininə müraciət edib. Din xadimi ona Berlinə getməyi və Holokost qurbanları ilə şəxsən ünsiyyət qurmağı məsləhət görüb. Şahzadə hərəkətinə görə rəsmən üzr istəyib.
“Mən buna məhəl qoymasaydım eyni səhvləri təkrar-təkrar edərdim. Amma mən bu səhvdən dərs çıxardım”, - Harri vurğulayıb.
Mənbə: lenta.ru
Şahzadə Harri həyatındakı ən böyük səhvi açıqladı
10
dekabr
16:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat