Xarici medianın məlumatına görə, 18 yaşlı Dalton Redford babası ona tezliklə bir milyon dollar qazanacağını dedikdən iki həftə sonra iki lotereya bileti və bir şüşə enerji içkisi alıb.
“İşimi tərk edib, başqa işə getmək üzrəydim. Enerji içkisi almaq üçün mağazaya getdim və iki lotereya bileti aldım", - nəvə deyib.

Redford dərhal anasına, atasına və babasına zəng edib və hamısı onun üçün sevinib. Gəncin 20 il ərzində hər il 50 min dollar ödəniş almaq və ya bütün məbləği bir anda götürüb 600 min dollarlıq birdəfəlik ödəniş almaq imkanı olub. O, pulu dərhal götürməyə üstünlük verib. Vergilərdən sonra o, 426.000 dollar alıb.
Gənc pulla bir pikap alacaq, qalan pulu isə əmanət olaraq saxlayacaq.