“Netflix Türkiyə”nin yeni serialı “Şahmaran”dan yeni fotolar yayımlanıb.
Yanvarın 20-də təqdim ediləcək ekran işində baş rolları Serenay Sarıkaya, Burak Deniz və Mert Ramazan Demir çəkilib.
Qeyd edək ki, rejissoru Umur Turağay olan “Şahmaran” serialı Pınar Bulutun ssenarisi ilə “TIMS & B Productions” tərəfindən ekranlaşdırılıb.
Serialın ssenarisi belədir:
“Şahsu müəllim olaraq getdiyi Adanada illər əvvəl anasını tərk edən babası ilə üz-üzə gəlməkdə qərarlıdır. Bu səfərdə o, özünü Şahmaranın nəslindən olan Mar adlı qeyri-adi və sirli bir cəmiyyətin ortasında tapır. Sevgi və hikmətin ən böyük simvollarından biri olan Şahmaran əfsanəsinə inanan Mar irqi Şahsunun gəlişi ilə tarixi peyğəmbərliyin tamamlanmasını gözləyir. Keçmişin hesabını babasından soruşmaq üçün yola çıxan Şahsu ilə Maranın yolları kəsişdikdə yenə heç nə əvvəlki kimi olmayacaq...”.

скачать dle 12.1