Türkiyəli tanınmış müğənni Ebru Gündeş keçmiş həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabı məhkəməyə verdiyi iddia edilib.
Türkiyə mətbuatının məlumatına görə, Ebru qızı Alara Zərraba öz soyadını vermək üçün məhkəməyə müraciət edib.
Xatırladaq ki, Gündeş bundan əvvəl qəyyumluqla bağlı da dava açmışdı. Məsələ ilə bağlı müğənni hələlik bir açıqlama verməyib.
Qeyd edək ki, cütlük 11 illik evliliklərini 2021-ci ildə rəsmi olaraq bitiriblər. Boşanma səbəbi isə Rza Zərrab haqda çıxan xəyanət xəbəri və Türkiyədəki bəzi hadisələrdə adının hallanması olub. Onların Alara adında bir qız övladı var.

скачать dle 12.1